Daş karxanalarında yarımstansiya qurulub

das-karxanalarinda-yarimstansiya-qurulub
Oxunma sayı: 1334

Qaradağ və Abşeron rayonları ərazisində yerləşən,  elektrik təchizatında ciddi problemləri olan daş karxanalarının texniki normaların tələblərinə cavab verəcək səviyyəyə salınması üçün «Azərişıq» ASC tərəfindən tədbirlərr həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qaradağ rayonu ərazisində yerləşən  yüzlərlə daş karxanalarının  51 ədədinin elektrik təchizatında yaranan   gərginlik düşküsünün qarşısının alınması, həmçinin fasiləsiz elektrik təchizatının təmin edilməsi məqsədi ilə  «Azərişıq» ASC daş karxanalarından normativ məsafədə yeni 35 kV-luq yarımstansiyanın  tikilib quraşdırılmasını həyata keçirir. Hal hazırda işlər başa çatdırılıb, yarımstansiyanın qidalandırılması üçün «Azərişıq» ASC-nə məxsus 35/6 kV-luq 504 saylı yarımstansiyadan 16 km uzunluqda 35 kV-luq elektrik hava xətti çəkilib quraşdırılıb.

Abşeron rayonu ərazisində yerləşən və elektrik şəbəkələrində ciddi problemlər olan 9 ədəd daş karxanalarının elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni tikilib quraşdırılmış 110/35/10 kV-luq «Qobu» yarımstansiyasından daş karxanaların yerləşdiyi «Yuxarı Güzdək» qəsəbəsinə yeni elektrik hava xətti çəkilmiş və xətdən qoşulmaqla yeni 10 kV-luq müasir avadanlıqlarla  təchiz edilmiş paylayıcı qurğu tikilib quraşdırılıb. Ərazidə yerləşən 9 ədəd daş karxanasının elektrik təchizatında yoxlamalar aparılıb, qüsurlarla bağlı xəbərdarlıqlar və fotoşəkillər  daş karxanaların sahiblərinə təqdim edilib və onların da yeni paylayıcı qurğuya qoşulmaları üçün texniki şərtə görə  Asan Kommunal Xidmətinə müraciət etmələri  tövsiyə edilıb.