“Daş yuxular”ın Ermənistanda çapına - Əylislidən cavab

das-yuxularin-ermenistanda-capina-eylisliden-cavab
Oxunma sayı: 744

Yazıçı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, roman nəşr olunarkən qarşı tərəf ondan bu məsələ ilə bağlı heç nə soruşmayıb: “Mən yenə də bu fikirdəyəm ki, biz özümüz bu əsərə qarşı nə qədər artıq dərəcədə əsəbilik göstərsək, erməni tərəfi də bir o qədər bundan istifadə edəcək. Məsələyə ümumbəşəri mənəvi dəyərlər mövqeyindən yanaşsaq bu yazıda Azərbaycan xalqına başıaşağılıq gətirəcək heç nə yoxdur. Mən son vaxtlar istər Rusiyanın, istərsə də digər ölkələrin bir sıra yazıçılarından internet vasitəsilə xeyli məktublar almışam. Bu məktublardakı müsbət yanaşmanın obyektivliyinə şübhə etməyə heç bir əsasım yoxdur. Çünki bu şəxslərin heç biri Azərbaycanın düşməni deyil, dostudur. Bu yazıçılar heç vaxt heç bir əsərlərində ermənipərəst mövqe göstərməyiblər. Həmin adamlar sadəcə xalqlar arasında ədavətin aradan götürülməsini istəyən humansit insanladır, mənim kimi”.