Daşdan kağız istehsal edilir

dasdan-kagiz-istehsal-edilir
Oxunma sayı: 1008

Yaponiyanın “TBM” şirkəti əhəng daşından “Limex” brendi altında kağız istehsal edən zavodu istifadəyə verib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin əsas məhsulu isə yüksək keyfiyyətli və dözümlü vizit kartlarıdır.

Sözügedən vizit kartının səthi parlaqdır. O, suyu canına çəkmir, onu cırmaq və ya əzmək çox çətindir. Onun üzərini hətta suyun altında da yazmaq mümkündür.

Yamasaki-nin fikrincə onun bu texnologiyası təbiəti qorumağa yardımçı olacaq.

Adətən kağız istehsalı üçün minimum 20 ağac kəsilir. Lakin bu şirkət kağız istehsalı üçün 1 tondan az əhəng daşı və mənbəsi demək olar ki, tükənməyən poliolefinin 200 kq-nı sərf edir. Bundan əlavə olaraq adi kağızın istehsal olunmasına 1 tona yaxın su sərf olunduğu hada, “Limex”in istehsalı üçün ümumiyyətlə su lazım deyil.

2030-cu ilə kimi bu növ kağıza tələbatın 2 dəfə artacağı gözlənilir. Yamasaki Marokko və Kaliforniya kimi əhəng daşı mənbələrinin çox olduğu yerlərdə də zavod istifadəyə verməyi planlaşdırır.

9 milyon dollardan bir qədər çox investisiya cəlb etmiş “TBM” şirkətində hal hazırda 80 nəfər insan çalışır.

Qeyd edək ki, “TBM” şirkətinin CEO-su Nobuyoshi Yamasaki 15 yaşında məktəbdən çıxıb və fəhlə işləyib. Daha sonra isə işlənmiş avtmobillərin satışı ilə məşğul olmuş şirkət yaradıb.