Daşkəsən sakini dərmandan zəhərləndi

daskesen-sakini-dermandan-zeherlendi
Oxunma sayı: 733

Daşkəsən rayon sakini dərmandan zəhərlənib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki,  rayon sakini, 2000-ci il təvəllüdlü Azər Abbasov zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin ehtimala məlumata, A.Abbasov ona təyin edilən dərmanı həddindən artıq qəbul etdiyi üçün zəhərlənib.