Daşkəsəndə 2 elektrik xəttinin işi bərpa edilib

daskesende-2-elektrik-xettinin-isi-berpa-edilib
Oxunma sayı: 726

Bu gecə Daşkəsəndəki leysan yağışları nəticəsində rayonun kəndlərini elektrik enerjisi ilə təmin edən 3 əsas xətdə problem yaranıb. Enerji verilişində əsas problemlər Daşkəsənin çayqırağı kəndlərində qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, “Azərişıq”ın əməkdaşları və texnikası gecədən etibarən hadisə yerinə göndərilib. Nəticədə fəaliyyəti dayanmış 3 elektrik verilişi xətlərindən 2-nin işi bərpa edilib. Əsas ziyan dəymiş Xoşbulaq kəndinə elektrik enerjisinin verilişi 2 saata bərpa olunacaq. Qaraqullar kəndində elektrik enerjisinin bərpası üçün də işlər aparılır. 

Təbii fəlakət nəticəsində həmin kəndə gedən yollar bağlandığı üçün mal-material və texnikanı əraziyə aparmaq mümkün olmayıb. Fəlakətin fəsadlarını aradan qaldırmaq üçün əraziyə yeni dayaqlar gətirilib.