Daşkəsəndə maşın çaya düşüb - Xəsarət alanlar var

daskesende-masin-caya-dusub
Oxunma sayı: 862

Daşkəsən rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya  istinadən xəbər verir ki, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq çaya düşüb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralıların Gəncədəki xəstəxanalardan birinə aparıldığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.