Daşkəsəndə maşın dərəyə aşdı, sürücü öldü

daskesende-masin-dereye-asdi-surucu-oldu
Oxunma sayı: 1420

Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, hadisə Daşkəsən-Əmirvar avtomobil yolunun Gurbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gurbulaq kənd sakini, 1975-ci il təvəllüdlü Razayev İlqar Həmid oğlu “VAZ-2121” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Daşkəsən Rayon Polis şöbəsində araşdırma aparılır.