Daşkəsəndə meşə yanır

Daşkəsəndə meşə yanır
Oxunma sayı: 496

Bu gün axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Güclü və isti külək olmasına baxmayaraq hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi