Daşkəsən rayonunda süni göldə 1 nəfərin batdığı ehtimal olunur.
"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
***
Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb.
E.Əliyevin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.