Daşkəsənin bir sıra kəndlərində işıq yoxdur

Daşkəsənin bir sıra kəndlərində işıq yoxdur
Oxunma sayı: 230

Daşkəsəndə ötən gün baş verən meşə yanğını ilə bağı rayonun cəbhə bölgəsinə yaxın bir sıra kəndlərində elektrik enerjisi kəsilib.

Bu barədə “Qafqazinfo”ya rayon İcra Hakimiyyətindən xəbər daxil olub. Xəbərdə deyilir ki, yanğınla əlaqədar ərazidə yaşayan bir neçə sakinə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərilib. Yanğın nəticəsində 8 hektardan artıq  meşə sahəsi yanıb.

Cəbhə bölgəsində yanğın baş vermiş kəndlərdə elektrik enerjisi və rabitə əlaqəsi kəsilib. Hazırda elektrik enerjisinin verilməsi və rabitənin bərpa olunması üzrə müvafiq işlər görülür.

Yanğının başvermə səbəbləri araşdırılır.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi