Daşqınlar 10 nəfərin ölümünə səbəb oldu - 11 min insan təxliyyə edilib

dasqinlar-10-neferin-olumune-sebeb-oldu
Oxunma sayı: 643

Çinin Quansi-Çjuansk  muxtar vilayətində güclü yağış daşqına səbəb olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə CCTV məlumat yayıb.

Telekanlın məlumatına görə, təbii fəlakət 10 nəfərin ölümünə səbəb olub. Daha 11 min insan isə evakuasiya edilib.

Ümumilikdə 192,4 min insana maddi zərər dəyib.

Hazırda ərazidə xilas etmə işləri davam edir. Sinoptiklərin əlverişsiz hava şəraiti hələ bir neçə gün davam edəcəyini bildiriblər.