Dava bıçaqlanma ilə bitdi

dava-bicaqlanma-ile-bitdi
Oxunma sayı: 646

Abşeron rayonunun Corat qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Bakı sakini Gözəlov Orxan Mobil oğlu iki nəfər tanışı ilə əlbəyaxa dava nəticəsində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.