Davada yaralanan tələbələr necədir? - Universitetdən açıqlama

davada-yaralanan-telebeler-necedir
Oxunma sayı: 1888

“Səkkiz minə yaxın tələbəmiz var və biz onların universitetdən kənar fəaliyyətinə nəzarət edə bilmərik”.

Bu sözləri “Qafqazinfo”ya Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva dünən baş verən davayla bağlı açıqlamasında deyib. O bildirib ki, ilkin məlumata görə, dava gecə saat 2 radələrində olub:

“Universitet tələbələrimizin adlarının bu kimi hadisələrdə hallanmasına çox təəssüflənirik. Davada iştirak edən 9 nəfərin adı çəkilir, onlardan yalnız 4-ü bizim universitetdə oxuyur. Qalanlarının Sumqayıt rayon sakini olduğu bildirilib. Valideynlərlə əlaqə saxlamışıq, onlar da davanın səbəbini bilmir. 

Hazırda 3 tələbəmiz: Nəqliyyat fakültəsi, 3-cü kurs tələbəsi Möhübbət Vəlizadə, Tikinti-iqtisad fakültəsi, 2-ci kurs tələbələri Abbas Zeynalov və Zili Əliyev xəstəxanadadır, vəziyyətləri normaldır. 

Rəhbərliyin tapşırığı əsasında dekan və müavini xəstəxanadadır.

Hazırda davanın səbəbi araşdırılır”.