“Davanın bünövrəsini Musa Musayev qoydu”

davanin-bunovresini-musa-musayev-qoydu
Oxunma sayı: 4869


“Qafqazinfo” xəbər verir ki, aznews.az-a açıqlamasında Arzu Mələk deyib ki, onların hər ikisi onun üçün doğmadır. 

“Hər ikisini ad günümə dəvət elədim. Təranə xanımla Musa Musayev məclisin əvvəlində gəlmişdilər. Nazənin xanım isə bir az gec gəldi. Onun gəlişindən xəbərim olmayıb. Mən bilirəm ki, Nazənin xanımın Musa Musayevlə problemləri var. Xəbərim olsaydı, onları elə bir yerdə oturtdurardım ki, bir-birini görməsin. Bir də baxdım ki, dava gedir və onları ayırırlar”.

A.Mələk vurğulayıb ki, davanın bünövrəsini Musa Musayev qoyub: 

“Deyilənə görə, Musa Musayev məclisə girəndə Nazənin xanımın prodüserinin çiynindən tutub. O da ayağa qalxaraq Musanın üstünə cumub. Yəni mən davanı gözümlə görmədim, sadəcə olaraq əlbəyaxa dava olub”.

Müğənni Nazəninin mətbuat xidmətinin rəhbəri Tahirə Məmmədli məsələyə aydınlıq gətirib: 

“Nazənin xanım dünən ANS-in efirində baş verən çılğınlığına görə, tamaşaçılardan üzr istəyib: 

“Mən oxucularıma, tamaşaçılarıma açıqlama vermək məcburiyyətində qaldım. Efirdə şəxsi həyatımla, qalmaqalla görünmədim. Bundan sonra da istəməzdim. Bu işlərlə mənim vəkilim, ərim məşğul olacaq. Mətbuat orqanlarına bu barədə danışmaq və hər hansı süjeti təqdim etməyə qadağa qoyuram. Mətbuatdan özümə və ailəmə qarşı hörmət gözləyirəm. Dünən efirdə baş verən çılğınlığıma görə üzr istəyirəm”.

Nazənin xanım əlavə edib ki, o, ərini Təranə Qumralla tutub. 

T.Qumral mətbuata “Mən onun hansı əri ilə yatmışam” deyə sual ünvanlayıb. 

T.Məmmədli isə Nazənin xanımın ərinin işgüzar şəxs oluğunu vurğulasa da onun adını çəkməkdən imtina edib: 

“Biz ad çəkmirik. Nazənin xanımın əri işgüzar insandır. Onun işgüzar fəaliyyətinə zərər gəlməsin deyə biz onun adını deməyəcəyik”.