Davudoğlu AKP-dən getdi

davudoglu-akp-den-getdi
Oxunma sayı: 2018

Türkiyənin sabiq Baş Naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Beysukentdə keçirdiyi mətbuat konfransında bildirib.

Davudoğlu istefa səbəbini açıqlayarkən son illər AKP-nin siyasətinin dəyişdiyini, AK Partiyanın rəhbərliyindən ayrıldığı gündən bəri partiya və ölkənin idarə edilməsində müşahidə etdiyi problemləri, səhvləri, konstruktiv tənqid və təklifləri səlahiyyətli şəxslərlə şifahi və yazılı şəkildə paylaşdığını bildirib.

Bütün təklif və tənqidlərinə “yanlış və ya yalan” deyildiyini, nə də çağırışlarına qulaq asıldığını deyən Davudoğlu “danışıqlarımıza, açıqlamalarımıza və ifadələrimizə qərəzsiz şəkildə baxanda heç bir təhqir və təhdidin olmadığının şahidi olmaq olar. İntizam Komitəsinin bildirişləri gələndə bir daha buna görə kədərləndim və utanc hissini yaşadım”,- deyə söyləyib.

Bu məqamda xatırladaq ki, Ə. Davudoğlu 31 mart bələdiyyə sədri seçkilərindən sonra baş verənlərlə bağlı AKP-də fikir ayrı-seçkiliyi olduğunu və partiyanın parçalanma təhlükəsi yaşadığını bildirmişdi.

Sentyabrın əvvəllərində AKP Əhməd Davudoğlu, Səlcuq Özdağ, Ayxan Səfər Üstün, Abdullah Başçı, Nedim Yamalı və Selim Temurcinin partiyadan ixrac edilməsi istəyi ilə İntizam Komitəsinə müraciət etmişdi.

Sözügedən şəxslər də Davudoğlu ilə birlikdə partiya üzvlüyündən istefa veriblər.