Davudoğlu ilə Əliyevin görüşü

davudoglu-ile-eliyevin-gorusu
Oxunma sayı: 1150


 
“Qafqazinfo”nun məlumatına görə, Əhməd Davudoğlu Türkiyə prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın Ramazan ayı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb.
 
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib. Eyni zamanda bu münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi, enerji, regional və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın Ramazan ayı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını və təbriklərini Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.