Davudoğluna yaxın daha bir nəfər AKP-dən getdi

davudogluna-yaxin-daha-bir-nefer-akp-den-getdi
Oxunma sayı: 1121

Konyanın keçmiş rayon rəhbəri Musa Arat AKP-dən istefa verib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Arat sosial şəbəkədə yazıb:

“Sədaqət və qardaşlıq duyğularını danışdırmaq lazımdırsa: 17 oktyabr 2017-ci ildən bu günədək zərrə qədər sadiqliyin qarşılığını görmədik”.

Qeyd edək ki, Musa Arat sabiq Baş Nazir Əhməd Davudoğluna yaxınlığı ilə tanınır.