Daxili İşlər Nazirliyindən ANS-lə bağlı rəsmi - Açıqlama

daxili-isler-nazirliyinden-ans-le-bagli-resmi-aciqlama
Oxunma sayı: 661

“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, dekabrın 10-da Göyçay rayonunda, "ANS" Müstəqil Yayım Şirkətinin bölgə müxbiri Günel İsayeva RPŞ-nə müraciət edərək, həmin gün rayon Kommunal Təsərrüfat İdarəsinin rəisi Loğman Əliyevin iş otağında olarkən, sonuncu tərəfindən özünün və operator Rəşad Rəşidovun təhqir edilməsini, kamerasının alınmasını və bu zaman kameraya qismən ziyan dəyməsini bildirib.