Daxili orqanında heroin daşıyan şəxs tutuldu

daxili-orqaninda-heroin-dasiyan-sexs-tutuldu
Oxunma sayı: 1171

Daxili orqanında psixotrop maddə və narkotik vasitə aşkar edilib.

“Qafqazinfo”nun Dövlət Gömrük komitəsinə istinadən verdiyi məluymata görə, Astara Gömrük İdarəsinin  hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycana piyada yolla gələn ölkə vətəndaşı saxlanılıb.

İdarənin Sərnişin şöbəsində saxlanılan vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığı üçün o Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada tibbi müdaxilə nəticəsində, vətəndaşın daxili orqanında 3 ədəd bağlamada, xalis çəkisi 58,501 qram təşkil edilən psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə, xalis çəkisi 0,090 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.