Daxili orqanında narkotika daşıyan şəxs tutuldu

Daxili orqanında narkotika daşıyan şəxs tutuldu
Oxunma sayı: 642

Biləsuvar Rayon Gömrük İdarəsi əməkdaşları daxili orqanında narkotik vasitə  keçirmək istəyən şəxsi saxlayıb. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətdən “Qafqazinfo”ya verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə, vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi