Dayə uşağı mağazaya qoyub getdi, amma qayıtmadı - Qəribə səbəb

daye-usagi-magazaya-qoyub-getdi-amma-qayitmadi
Oxunma sayı: 632

Türkiyənin Kocaeli rayonunun İzmit qəsəbəsində qəribə hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 20 yaşlı N.C. 1 yaşlı uşağı mağazalardan birinə qoyub, telefonu düzəltdirib qayıdacağı adı ilə uşağa baxmağı xahiş edib.

Lakin, 3 saat keçməsinə baxmayaraq qadın geri dönməyib. Hadisə barədə polisə məlumat verilib. Qadın qısa zaman sonra avtovağzalda Antalyaya getməyə hazırlaşarkən saxlanılıb.

N.C. ilkin ifadəsində uşağın dayəsini olduğunu və Antalyaya iş təklifi aldığı üçün getmək istədiyini bildirib. O, uşağın anasının Antalyaya getməyə icazə verməyəcəyini düşünərək uşağı mağazaya qoyduğunu söyləyib.

Faktla bağlı araşdırma aparılır.