Dayısı oğlunu öldürənə hökm oxundu - Bacısını qaçırmışdı

dayisi-oglunu-oldurene-hokm-oxundu
Oxunma sayı: 650

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qaçıraraq ailə həyatı quran dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə N.Quliyev 16 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, N.Quliyev xüsusi amansızlıqla adam öldürməkdə ittiham edilib. Dayısı oğlu Mahir onun bacısını qaçıraraq ailə həyatı qurub. N.Quliyev 2 ay sonra Mahiri görüşə çağıraraq bıçaqlayıb. N.Quliyev bu hərəkəti ilə namusunu təmizlədiyini deyib. 

Bacısı isə Mahiri sevdiyini və onunla könüllü olaraq qaçdığını deyib.

Murad Əhməd