DÇ-2014-ün maskotu – Fuleco

dc-2014-un-maskotu-fuleco
Oxunma sayı: 696

“Qafqazinfo” Fanat.az saytına istinadən xəbər verir ki, 1,7 milyondan çox şəxs Fuleco adına səs verib ki, bu da sorğuya qatılanların 48 faizini təşkil edir.

Digər iki ad Zuzeco və Amijubi isə, müvafiq olaraq, 31 % və 21 % səs qazanıb. Fuleco adının «futbol» və «ekologiya» sözlərindən yarandığını da xatırladaq. Braziliyalılar arasında keçirilən sorğuya əsasən ictimaiyyətə açıqlandığı andan bugünədək ölkə turuna çıxan Fuleconu artıq yerli əhalinin 89 %-i tanıyır. Braziliyalılar tərəfindən bəslənən rəğbətə görə isə Fuleco 10 üzərindən 7.3 qiyməti alıb.

Fuleco Rəsmi Maskotu çempionatın ən nüfuzlu səfiri kimi, ətraf mühit məsələlərinə diqqəti çəkməkdə əhəmiyyətli rol oynayacaq.