DÇ-2018-in pley-offunda rəqiblər bilindi

dc-2018-in-pley-offunda-reqibler-bilindi
Oxunma sayı: 1929

DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan mərasimdə seçmə mərhələdə qrup ikincisi olan 8 komandanın taleyinə aydınlıq gətirilib.

Püşkatma nəticəsində aşağıdakı cütlüklər formalaşıb:

Şimali İrlandiya - İsveçrə

Xorvatiya - Yunanıstan

Danimarka - İrlandiya

İsveç – İtaliya

Qeyd edək ki, pley-offun ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.