DÇ: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşdi

DÇ: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşdi
Oxunma sayı: 865

Sabah Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı start götürəcək. Newsport.az xəbər verir ki, bu nüfuzlu yarışda 148 ölkədən 841 idmançının iştirakı nəzərdə tutulub ki, bunlardan 510-u kişi, 331-i isə xanımdı.

"Gündoğar ölkə"yə 16 cüdoçu ilə yollanan Azərbaycan 9 kişi və 7 xanımla təmsil olunmalı idi. Amma məşqlərdə zədələnən idmançımızın biri yarışa qatılmaq şansını itirib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu əməkdaşımıza bildirib ki, 81 kq çəkidə çıxışı planlaşdırılan Murad Fətiyev son anda xəsarət aldığından mübarizəyə qoşulmayacaq.

Beləliklə, 8 gün davam edəcək yarışlarda ölkəmizin şərəfini Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Günel Həsənli (70 kq), Irina Kindzerska (+78 kq), Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) qoruyacaq.

Artıq idmançılarımızın ilk cəhddəki rəqibləri bəllidi. 60 kq çəkidə Davud Məmmədsoyun rəqibi hollandiyalı Tornike Tsjakadoeva olacaq. Nicat Şıxəlizadə (66 kq) növbəti mərhələyə yüksəlmək üçün vyetnamlı Nqo Xuan Quocu məğlub etməlidi. İlk mərhələdən azad olan Rüstəm Orucov (73 kq) Şoka Vadzim (Belarus) - Nuno Saraiva (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu şəkidəki digər idmançımız Hidayət Heydərov isə Tan Nguyen (Vyetnam) - Frigyes Szabo (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev mübarizəyə ikinci mərhələdən başlayacaq. Onu rəqibi Petr Jiri (Çexiya) və ya Davis Duda (Latviya) olacaq. 100 kq çəkidə iki idmançımız xalça üzərinə çıxacaq. Elmar Qasımov Daniel Mukete (Belarus), Zelim Kotsoyev Leonardo Gongalveslə qarşılşacaq. Ən ağır çəkidəki təmsilçimiz Uşangi Kokauri (+100 kq) isə avstriyalı Stepan Heygi ilə görüşəcək.  

Xanımların mübarizəsinə gəlincə, 48 kq çəkidə Aişə Qurbanlı Marina Çernyak (Ukrayna), Leyla Əliyeva Katarina Kosta (Poruqaliya), 52 kq çəkidə Aleksandra-Larisa Florian Tsui Şuk Ki (Honq Konq), Gültac Məmmədəliyeva Yasira Ferreyra (Mozambik), Munxtsedev İçinxorloo (57 kq) Miryam Roper (Panama), Günel Həsənli (63 kq) Aoife Çouglan (Avstriya),  Irina Kindzerska (+78 kq) isə Sarah Adlington (Böyük Britaniya) - Tessie Savelkouls (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi