DÇ-nin növbəti iştirakçısı bəlli oldu

dc-nin-novbeti-istirakcisi-belli-oldu
Oxunma sayı: 1668

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda 5-ci tur çərçivəsində bu gün səfərdə CAR-la qarşılaşan Seneqal millisi 2:0 hesablı qələbə qazanıb. Bununla da Seneqal sona bir tur qalmış mundiala vəsiqəni təmin edib.
 
DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 24-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.