DÇ-yə 1 gün qalmış baş məşqçi qovuldu - İspaniyada şok

dc-ye-1-gun-qalmis-bas-mesqci-qovuldu
Oxunma sayı: 5417

Ötən gün "Real"la anlaşdığı açıqlanan İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqinin bu addımını federasiya müsbət qarşılamayıb.

“Qafqazinfo” xəbər verir ki, mundiala bir gün qalmış millinin daxilində vəziyyət dəyişib. Federasiya rəhbəri Luis Rubiales Lopeteqini vəzifəsindən uzaqlaşdırılmasına qərar verib. Lopeteqi dünya çempionatında yığmanın "sükanı arxası"nda olmayacaq.
 
İspaniya mundialda Portuqaliya, Mərakeş və İranla B qrupunda mübarizə aparacaq.