De Xea ən yaxşı oldu

de-xea-en-yaxsi-oldu
Oxunma sayı: 921

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu həftənin ən yaxşısı adına 4 namizəd var idi. Bunlar David de Xea ("Mançester Yunayted"), Fred ("Şaxtyor", Donetsk), Villian ("Çelsi") və Tomas Müller idi ("Bavariya").

Həftənin ən yaxşı futbolçusunun adı UEFA-nın rəsmi saytında keçirilən sorğuda müəyyənləşib. Daha çox səs toplayan De Xea birinci olub. O, səslərin 48 faizini toplayıb.

İkinci yeri 28 faiz səslə Villian tutub. Müller üçüncü (17 faiz səs), Fred isə (7 faiz) sonuncu olub.