Debütant ilk qələbəni AZAL üzərində qazandı

Debütant ilk qələbəni AZAL üzərində qazandı
Oxunma sayı: 244

“Qafqazinfo”nun verdiyi məlumata görə, “Sumqayıt Şəhər” evdə AZAL-ı qəbul edib. İlk 10 turdan sonra qələbəyə həsrət qalan debütant uğursuz seriyaya son qoyub. Sumqayıtlılar “təyyarəçilər”ə 2:1 hesabı ilə qalib gələrək hesabına ilk 3 xalı yazıb.
Digər qarşılaşmada da eyni hesab qeydə alınıb. Lakin bu oyunda qonaqlar qələbə qazanıb. Son turlarda uğurlu çıxış edən iki komandanın – “Rəvan”la “İnter”in duelində ikincilər üstün olub. Kaxaber Tsxadadzenin yetirmələri bu qələbədən sonra 3-cü pilləyə yüksəlib.

"SUMQAYIT ŞƏHƏR" - AZAL - 2:1
QOL: Samir Abdulov, 5, Eldar Məmmədov, 33 - Tales Şütz, 69
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, İsgəndər Əliyev, Alik Yunusov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

"RƏVAN" - "İNTER" - 1:2
QOLLAR: Ekrem Hodziç, 90+1 - Elnur Abdulov, 13, İlia Kandelaki, 43
89-cu dəqiqədə Con Pelu penalti zərbəsindən istifadə edə bilməyib (qapıçı).
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Coşqun Həsənov, Rövşən Əhmədov
Bakı. "Dalğa Arena" stadionu
Komanda O Q H M Qollar Xallar
1 Xəzər Lənkəran 11 8 2 1 17-7 26
2 Neftçi 11 7 1 3 16-9 22
3 İnter 11 6 3 2 10-7 21
4 Qarabağ 11 6 2 3 15-10 20
5 Bakı 11 4 4 3 12-10 16
6 Qəbələ 11 4 3 4 12-13 15

7 Rəvan 11 3 4 4 14-15 13
8 Kəpəz 11 3 3 5 15-17 12
9 Simurq 11 3 2 5 9-12 11
10 Turan 11 3 1 7 8-14 10
11 AZAL 11 2 4 5 12-16 10
12 Sumqayıt Şəhər 11 1 3 7 5-15 6
Bombardirlər:
1. Sergey Artyux - "Turan" - 5 qol (2)
2. Ceyhun Sultanov - "Kəpəz" - 4 qol
3. Yuri Fomenko - "Kəpəz" - 4 qol
4. Luiz Hilario - "Qəbələ" - 4 qol


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi