“Ded Həsən”i PKK öldürüb -İddia-Video+Fotolar

ded-heseni-pkk-oldurub-iddia-videofotolar
Oxunma sayı: 733

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanlarının nümayəndələri atəşin məşhur yazıçı və şair Sergey Mixalkovun evinin damından atdığını dəqiqləşdiriblər. Belə ki, hadisə baş verən yerdən gilizlər tapılıb.

***

Onun ölümü ilə bağlı yeni ehtimallar da yayılıb. Rusiyanın paytaxtı Moskvada qətlə yetirilmiş Aslan Usoyanın "aradan götürülməsində" terrorçu PKK təşkilatının əli olduğu iddia edilir. Milli.Az "Ruzname Kurd"a istinadən bildirir ki, Parisdə PKK-nın yüksək mənsəbli üç qadın üzvünün qətlə yetirilməsindən sonra Hasanın da güllələnməsi eyni əməliyyatın həlqəsi ola bilər.

Usoyanın PKK-ya Rusiya ərazisindən əsas maliyyə dəstəkçilərindən biri olduğu deyilir.

Rusiyanın türkdilli xəbər portalı Haberrus.com saytına açıqlama verən "Novaya Qazeta" qəzetinin müxbiri Sergey Kanev bildirib ki, Daxili İşlər Nazirliyindəki məsul şəxslərdən birindən aldığı məlumata görə, "Ded Hasan"ın PKK-ya silah satdığı idda edilirdi.

"Məndə olan kəşfiyyat məlumatlarına görə, PKK-ya silah satışının başında kürd əsilli rusiyalı kriminal avtoritet Şarko (Zahariy Kalaşov) dayanır. O, hazırda İspaniyada məhkumluqdadır. Boris Yeltsinin prezidentliyi dövründə 1990-cı illərdə rus mafiyasının “generalı” Şarko və "Ded Hasan" PKK-çılara silah satırdı. Bu məlumat digər mənbələrdən də təsdiqlənib. Hər iki şəxsin PKK ilə əlaqələri var", - o əlavə edib.