“Ded Həsən”in təyyarəsi geri qaytarıldı

ded-hesenin-teyyaresi-geri-qaytarildi
Oxunma sayı: 647


Moskvada qətlə yetirilmiş kriminal avtoritet Aslan Usoyanın tabutu Donetskdən geriyə, Rusiya paytaxtına qaytarılıb. “Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, buna səbəb Gürcüstan hakimiyyətini onu bu ölkənin ərazisində dəfn etməkdən imtina etməsi olub. Bu barədə "İnterfaks"a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Daha əvvəl Usoyanın qohumları onun bu ölkənin ərazisində basdırılmasına icazə verilməsi xahişi ilə Gürcüstan hakimiyyətinə müraciət ediblər.

Bir gün əvvəl Usoyanın cənazəsi Donetskə aparılıb, oradan onun Gürcüstana çatdırılması planlaşdırılırdı, ancaq Gürcüstan hakimiyyəti dəfnə icazə verməyib.

"Bu gün Usoyanın cəsədi Moskvaya qaytarılıb, ehtimal ki, "Ded Hasan" Rusiya paytaxtındakı Danilov qəbiristanlığında dəfn ediləcək", - mənbə bildirib.