“Ded Xasan kim idi?” - Oğru taleyi

ded-xasan-kim-idi-ogru-taleyi-
Oxunma sayı: 8079

Fəaliyyətinə Gürcüstanda başlasa da, sonradan onun əhatə dairəsi Moskva, Ural, Sibir, Özbəkistan, Krasnodar, Soçi və SSRİ-nin digər ərazilərinə qədər genişlənib.

O kriminal aləmin əfsanəsi idi. Hələ Sovet dövründə avtoritet adı alan Ded Xasan 90-cı illərin çox ağır kriminal müharibələr dövründən sağ çıxmışdı. Rus Xüsusi xidmət orqanları onun Rusiya kriminal aləminin xaç atası adlandırırdılar. Ümumiyyətlə Ded Xasan post-sovet məkanının ən böyük avtoriteti idi.

Zirvəyə doğru

Gürcüstanda “hakimiyyət” qurmaq Aslan Usoyana 10 ilə başa gəlib. 1990-cı illərin ortalarında “oğru cəmiyyəti”-ndə etnik ədavətin güclü dövrü idi. Bu münaqişədə üstünlüyü gürcülər ələ aldılar. Güclü avtoritetə malik digər etnik qrup Yaponçikin məxsus olduğu Slavyan qrupu 3-cü yerdə idi. “Slavyanlar” ilə “Gürcülər” arasında mübarizə davam edirdi, ancaq daha yüksək təbəqəyə aid avtoritetlər arasında gedirdi. Ded Xasan bir çox Qafqazlı oğrunu uzaqlaşdırmışdı. Sonra onun yoluna Tariel Onian çıxdı.

Bu vaxta qədər Usoyan bir çox slavyan avtoritetləri də özünə tabe etmiş və ətrafında əsl “oğru birliyi” yaratmışdı. Ded Xasanın yoluna çıxan avtoritetlərin aqibəti ya ölüm ya da həbs olurdu. Amma Oniani heç cür öz mövqeyindən çəkilmirdi.

Mixail Saakaşvili prezident seçildikdən sonra “qanuni oğrular” ilə mübarizəni öz tədbirlər planına daxil etmişdi. Cinayətkar qruplaşmalarla bağlı qanunda dəyişikliklər edildi. Ölkəni “qanuni oğru”-lardan təmizləməyə hökumətin 5 il vaxtı getdi. Əgər 2000-ci ildə Gürcüstanda 300 “qanun oğru” var idisə, indi azadlıqda yalnız 83 yaşlı Qoqi Çikovani var. Həbs olunan 30 avtoritetdən savayı, hamısı ölkədən çıxıb. Onların da əksəriyyəti Rusiyada yaşayır. 2006-cı ildə Rusiya ilə Gürcüstanın münasibətləri pisləşdəndən sonra gürcü “oğrular”-ın da vəziyyəti dəyişdi.

Ded Xasanın rəqibi Tariel Oniani 2006-cı ildə Rusiya vətəndaşlığını qəbul etmişdi. 2007-ci ildə o, heysiyyətinə toxunulmuş oliqarx Badri Patarkasşvili və Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərlərindən biri olan İrakli Kodua arasında görüş təşkil etmək qərarına gəlir. Onlar Londonda görüşürlər və az sonra gürcü mediasında Saakaşvilini devirmək üçün biznesmenin generala pul təklif etməsi ilə bağlı vedeo görüntülər yayımlanır. Gürcüstan Rusiyanı “oğrulara” və Gürcüstanın düşmənlərinə vətəndaşlıq verməkdə qınadı. Oniani gürcü müxalifətinə maliyyə yardımı da göstərirdi. Ded Xasan və Oniani arasında mübarizə zəngin “qanuni oğru” Şark Molodoqun sərvəti (bəzi fikirlərə görə milyard dollar) uğrunda gedirdi.

Ded Xasanın ən ağıllı addımı Yaponçik ləqəbli Vyaçeslav İvankov ilə əlaqələrin düzgün qurulması idi. 2005-ci ildə Yaponçik həbsxanadan hər şeyini itirmiş vəziyyətdə çıxmışdı. Ded Xasan Moskvanın mərkəzindəki biznes mərkəzlərindən birini ona vermişdi.

Yaponçikin avtoritetindən istifadə edən Ded Xasan “slavyan oğruları”-nı öz tabeçiliyinə aldı. Elə həmin il müxtəlif etnik kökə malik 10 nəfərə “qanuni oğru” adı verildi. Onlar gürcü, erməni, rus, kürd, azərbaycanlı və biri isə qırğız idi.

Aslan Usoyanın ən böyük uğuru “oğru dünyası”-nda etnik ayrıseçkiliyi aradan qaldırmaq oldu.

Bunun ardınca Ural uğrunda mübarizədə də Ded Xasan qalib gələrək Uralın nəzarətini ələ aldı. Ona müqavimət göstərən Aleksandr Xabarov həbs olundu, bir müddət sonra isə kamerasında asılmış halda tapıldı.

Ded Xasan bölgələrdə o qədər uğurlu planlar reallaşdırırdı ki, artıq Oniani ilə münaqişə kəskinləşəndə bütün “oğru birliyi” onun tərəfində idi.

2008-ci ilin yayında Oniani Piroqovsk su anbarında xüsusi qayıqda təşkil etdiyi böyük toplantıya Ded Xasanı və Yaponçiki də dəvət etdi. Lakin onlar toplantıya gəlmədilər. Bunun əvəzində qayığın üzərində polis vertolyotu peyda oldu. 30 “qanuni oğru” həbs olundu.
Ded Xasan öz hakimiyyətini bu vaxt göstərdi. Qayıqda həbs olunan “oğru”-lardan biri Coni Kutaisski “qara bölgə” hesab olunan Kirov koloniyasına göndərildi. Burada güclü “oğru” qanunları hakimdir. Ded Xasan tərəfdarı olan “qanuni oğru” Beso Kutaisskini “oğru” kimi tanımadı. Bölgəyə nəzarət edən “oğru” Çeburaşka onun fikrini dəstəklədi. Coni adi məhbusa çevrildi.

Oniani öz tərəfdarlarını itirməyə başlayırdı. Ded Xasanın tərəfinə keçən ən sanballı “qanuni oğru” “Solntsevo” qruplaşmasının üzvü olan Camal Hacızadə idi. Qrupun digər “ağsaqqal”-ları da Dedin yanına gəlib tabe oldular. Ded Xasan hüzuruna gələn bütün düşmənlərini bağışladı. Beləliklə Aslan Usoyan “oğru dünyası”-nın başçısına çevrildi.

Ded Xasan 2009-cu ildə yenidən Tariyel Oniani (Taro) ilə münaqişəyə girdi. Elə həmin vaxt Ded Xasanın tərəfində duran İvankov (Yaponçik) snayperlə vurularaq öldürüldü. Bəziləri bu hadisədən sonra Ded Xasanın Tarodan Yaponçikin qisasını alaçağına and içdiyini deyirlər.

2010-cu ilin aprelində Usoyan Ukraynanın təhlükəsizlik qüvvələri tərəfindən saxta sənədlərlə ölkəyə girməkdə ittiham olunaraq həbs olunmuşdu. Ukraynadakı biznesi ilə bağlı səfərə gələn Usoyan tezliklə azad edilmişdi. Sentyabrın 16-da isə ona Moskvanın mərkəzində atəş açılmışdı. Sağ qalsa da, onun həyatını qorumaq üçün mətbuata “ölmüşdü” xəbəri verilmişdi.

Sonuncu sui-qəsddə isə Ded Xasan həyatını dəyişdi.

“Adam avtoritetə əl qaldırmaz!” - Bu qanunu özləri yazdı, ömürlərinə əksi qismət oldu. Hamısına əl qaldırdılar-öldürdülər.

adalet-az.com