“Ded Xasan”ın azərbaycanlı avtoritetlərlə baş tutmayan müəmmalı - “sxodka”sı

ded-xasanin-azerbaycanli-avtoritetlerle-bas-tutmayan-muemmali-sxodkasi
Oxunma sayı: 649

Dünən paytaxt Moskvada snayperdən açılan atəşlə öldürülən məşhur avtoritet “Ded Xasan” ləqəbli Aslan Usoyanın qardaşı qızı danışıb.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Karine Amoyan bildirib ki, “Ded Xasan” bu bazar gürcü və azərbaycanlı “qanuni oğru”ların iştirakı ilə keçiriləcək “sxodka”da iştirak etməli idi.

Karine Amoyan onu da qeyd edib ki, onlar hələ ki, qətlin mümkün sifarişçiləri haqqında danışmaq istəmirlər. Bu haqda təfərrüatlar məlum olduqdan sonra danışa bilərlər.

Usoyanın qardaşı qızı, həmçinin əmisinin nə üçün “Ded Xasan” çağırılmasına da aydınlıq gətirib: “O, çox gənc yaşda, 34 yaşında baba olub. Buna görə də oğru aləmində onun Ded Xasan çağırıblar”.

Qeyd edək ki, Gürcüstanda doğulan Aslan Usoyan uzun müddət idi ki, Moskvada yaşayırdı. Onun bir qızı və bir oğlu vardı.

Karine Amoyan bildirib ki, əmisi sonuncu dəfə Ermənistanda 1994 və 1995-ci illərdə, qardaşlarının dəfnində iştirak etmək üçün olub. Hazırda Ermənistanda yaşayan avtoritetin qohumları onun dəfnində iştirak etmək üçün Moskvaya yola düşüblər.