“Ded Xasan”ın bacısı oğlu erməni lotuları güllələdi – “Lev” və “Şalva”

ded-xasanin-bacisi-oglu-ermeni-lotulari-gulleledi-lev-ve-salva-
Oxunma sayı: 942

AzNews.az “Praym-kraym”a istinadən xəbər verir ki, “Lev” və “Şalva” ləqəbli iki avtoritet dekabrın 18-dən 19-a keçən gecə güllələniblər. Ancaq hadisə barədə məlumatlar yeni yayılıb.

Hadisənin baş verməsini Sverdlovsk vilayəti daxili işlər idarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelıx da təsdiqləyib. Lakin o, güllələnən şəxsləri avtoritet kimi yox, Yekaterinburqdakı diaspora münayəndəsi kimi təqdim edib.

Məlumat üçün bildirək ki, Tiflisdə dünyaya gələn T. Mirzoyev Qafqazın ən nüfuzlu “qanuni oğru”larından biri olan “Ded Xasan” ləqəbli Aslan Usoyanın bacısı oğludur.