“Ded Xasan”ın qardaşı oğlu tutuldu

ded-xasanin-qardasi-oglu-tutuldu
Oxunma sayı: 1956



ANS PRESS-in “news.am” saytına istinadən verdiyi məlumata görə, “Qanuni oğru”ların yığınacağı barədə hüquq-mühafizə orqanlarına məlumat çatıb. Məlumat daxil olan kimi Rusiyanın xüsusi təyinatlı döyüşçüləri həmin ünvana gedib. Nəticədə oğrularla hüquq-mühafizə orqanları arasında şiddətli atışma olub. Atışma nəticəsində yaralananlar da olub.

“Əməliyyat nəticəsində 1957-ci il təvəllüdlü gürcü Teymur Mirzoev saxlanılıb. O, kriminal aləmdə "Timur Tbiliski” ləqəbi ilə məşhurdur”, - deyə Sverdlovsk vilayətinin rolis rəisi Valeri Qorelıx bildirib.

Qeyd edək ki, saxlanılan Teymur Mirzoev kriminal aləmdə məşhur olan "Ded Xasan"ın qardaşı oğludur. Onunla birlikdə kriminal aləmdə tanınmış simalardan olan “Solomo” ləqəbli Vladimir Solomonnikov, “Leva” ləqəbli Levan Akoev, Nəsimi Qazməmmədov, Üuliy Şavilov və s. oğrular da saxlanılıb.