“Dedi “get ananı, bacını gətir”, mən də vurdum”

“Dedi “get ananı, bacını gətir”, mən də vurdum”
Oxunma sayı: 3063

Bakı Ağır Cinayətlər Məhkəməsində onunla cinsi əlaqədə olmaq istəyən şəxsi bıçaqlayan homoseksual Kamran İsmayılovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə ittiham aktı elan edilib.

Belə ki, K.İsmayılov usta işləyən atasına 50 manat borcu qalan Muradl Həsənovla görüşərək pulunu tələb edib. Muradın pulu qaytarmaq istəməməsi mübahisəyə səbəb olub və Kamran onu bıçaqlayaraq qaçıb.

Məhkəmədə ifadə verən K.İsmayılov isə M.Həsənovu 50 manata görə bıçaqlamadığını deyib və cinsi azlıq nümayəndəsi olduğunu etiraf edib. O əlavə edib ki, M.Həsənovun ona qarşı zorakılıq hərəkətləri gizlətmək üçün müstəntiq belə yazıb. K.İsmayılovun atası da davanın 50 manata görə düşdüyünü deyib.

Kamranın istintaqdakı ilk ifadəsi elan edilib. Həmin zaman o, Muradın onu görüşə çağırdığını deyib: “Mənimlə cinsi əlaqədə olmaq istədi, etiraz etdim. O da “istəmirsənsə, get ananı, bacını gətir” dedi, əsəbləşib cibimdən bıçağı çıxarıb vurdum”.

Lakin istintaqın gedişində Kamran da ifadəsini dəyişərək söhbətin 50 manata görə başladığını deyib. Məhkəmədə isə yenidən əvvəlki ifadəsini təkraylayıb: “O vaxta kimi qəsəbədə bir neçə adamla əlaqədə olmuşduq. Görüşə ona görə getdim ki, əvvəlcə razı idim. Görüşdə fikrimi dəyişdim. Onda da Murad məni söyüb hədələdi”.
Proses noyabrın 7-də davam etdiriləcək.

Murad


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi