“Dedi ki, arvadından qorxursan...”

dedi-ki-arvadindan-qorxursan
Oxunma sayı: 2961

“Hər bir tanınmış kişinin arxasında güclü bir xanım durur. Bu ifadəni Viktor Hüqodan oxudum. Fikirləşdim ki, gedim həmin cümləni xanımıma deyim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov “Şou məkan” proqramına açıqlamasında bildirib.

O, verilişdə xanımı barədə maraqlı fikirlər səsləndirib: “Həmin ifadəni bu cür həyat yoldaşıma söylədim: hər bir tanınmış kişinin arxasında gizli bir qadın durur. Sözü eşidən kimi dik atıldı və dedi ki, gizli bir qadın? Tez cavab verdim ki, gizli yox, güclü bir qadın. Bir təhər başa saldım ki, Viktor Hüqonun sözüdür”.

O, daha sonra maraqlı xatirələrini də bölüşüb: “Bu yaxınlarda bir kişi yaxınlaşıb dedi ki, Əlikram müəllim çox yaxşı müğənnisiz, çox gözəl insansız. Ancaq bir əmma var. Dedim nədir? Dedi ki, deyəsən, sən xanımından qorxursan. Tutuldum qaldım. Dedi xanımınla bağlı sənə sual verəndə, elə hey fırlayırsan ki, nə şiş yansın, nə kabab”.