“Dedi ölürəm, məni xəstəxanaya çatdır”

dedi-olurem-meni-xestexanaya-catdir
Oxunma sayı: 1769

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Zahid Məmiyevin məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə ifadə verən şahid Seymur Qasımov deyib ki, Pirallahı qəsəbəsində çayxana işlədib: “İçəridə oturmuşduq, rəhmətlik Nəsir gəldi, qapının yanında məni çağırıb "Seymur, ölürəm məni xəstəxanaya çatdır" dedi. Onun yaralı olduğunu bilmədim, maşına mindirib xəstəxanaya göndərdik".

Qeyd edək ki, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinİn Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Murad Əhməd