“Dəfələrlə övladlarımı bətnimdəykən itirmişəm”

defelerle-ovladlarimi-betnimdeyken-itirmisem
Oxunma sayı: 2456

Xalq artisti Məleykə Əsədova “Şou ATV” proqramında şəxsi həyatı barədə açıqlamalar verib. “Qafqazinfo” xəbər verir ki, 52 yaşını canlı efirdə qeyd edən aktrisa qızı Gülər barədə danışıb. O, açıqlamasında dəfələrlə hamilə qaldığını, lakin bətnində körpələrin tələf olduğunu açıqlayıb:

“Qızım Gülərdən əvvəl dəfələrlə övladım olub, bətnimdə itirmişəm. Həkimlərim bilir, hamısı oğlan idi. Dünyaya gəlməmiş vəfat edirdilər. Hətta Fransaya getmişdik, oğlum üçün paltarlar aldım, hazırlaşırdıq. Bilirsiniz, biz fədakar insanlarıq, bütün günü səhnədə olurduq. Bu səbəbdən övladlarım tələf olurdu. Ancaq hər zaman qız övladı arzulamışam. O da dünyaya gəldi”.