Dəfn mərasimində silahlı insident - 4 ölü, 6 yaralı

defn-merasiminde-silahli-insident
Oxunma sayı: 1533

Meksikanın Quanaxuato ştatında silahlı qarşıdurma baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Universal” nəşri məlumat yayıb.

Məlumata əsasən, hadisə dəfn mərasimi keçirilən zaman baş verib. Naməlum şəxslərin silahlı hücumu nəticəsində 4 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında qadın və uşaq da var. Cinayətkarlar hadisə yerindən qaça biliblər.

Hücumun mümkün səbəbləri barədə məlumat yoxdur.