Dəfnə görə verilən müavinətlər də qaldırıldı

defne-gore-verilen-muavinetler-de-qaldirildi-
Oxunma sayı: 2405

Azərbaycanda əmək pensiyalarının baza hissəsinin son artımı ilə əlaqədar olaraq dəfn müavinətləri 17,6% artırılaraq 300 manat çatdırılacaq.

“Qafqazinfo” APA-Economics-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Hazırda dəfn müavinəti əmək pensiyanın baza hissəsinin 3 misli həcmində (255 manat) ödənilir. Dövlət başçısının əmək pensiyasının baza hissəsinin artırılmasına dair son sərəncamına əsasən, bu məbləğ 45 manat artırılıb.

“İl ərzində bu səbəbdən sistemi tərk edənlərin sayı təxminən 50 min nəfərdir”, - deyə Fondun sədri aydınlıq gətirib.

S.Müslümov əlavə edib ki, dəfn müavinətləri ilə bağlı xərclər il ərzində 2,25 mln. manat təşkil edəcək və qarşadakı 4 ay ərzində bu sahəyə 850 min manat xərclənəcək.

Xatırladaq ki, ötən gün prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilib. Azərbaycan prezidentinin ölkədə pensiyaların baza hissəsinin artırılmasına dair son sərəncamı 1 209 135 pensiyaçını əhatə edəcək.