Dehlidəki partlayışda 45 nəfər xəsarət alıb

dehlideki-partlayisda-45-nefer-xesaret-alib
Oxunma sayı: 658

Hadisəyə münasibət bildirən Hindistan Daxili İşlər Nazirliyi qeyd edib ki, məhkəmə binası yaxınlığında partlayan bomba çantada yerləşdirilibmiş. Partlayışın olduğu yerin yaxınlığında ölkə parlamentinin və Nazirlər Kabinetinin binası yerləşir.
Hindistanın “The Times” qəzeti partlayışın kifayət qədər güclü olduğunu yazıb. Partlaşyın məhkəmənin giriş qapılarından birinə yaxın yerdə baş verdiyini qeyd edən qəzet xəbər verir ki, polis ərazini nəzarətə götürüb və yaralılar xəstəxanaya yerləşdirilib.