Dəhşətli qəza – 2 ölü

dehsetli-qeza-2-olu
Oxunma sayı: 646

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, hadisə nəticəsində “Slavuta” markalı minik avtomobili deformasiyaya uğrayıb, avtomobilin sürücüsü 1979-cu il təvəllüdlü Əhmədov Zaur Aqil oğlu və sərnişin Hüseynov Rasim Möhsün oğlu hadisə yerində vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılan vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 23:55-də başa çatıb.