Dəhşətli qəza- - Qızın üstündən bir neçə maşın keçdi+Fotolar

dehsetli-qeza-
Oxunma sayı: 6910


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Heydər Əliyev prospektində maşınla vurulan piyada 1991-ci il təvəllüdlü qadındır. İlkin məlumata görə, onun adı Günay Məmmədovadır.  

Onu Verdiyev Təhmin Rəhman oğlunun idarə etdiyi BMW X5 markalı avtomobil vurub.

Hadisə şahidləri maşınla vurulan piyadanın üzərindən bir neçə maşının keçdiyini bildirib. Polis əməkdaşları isə bu məlumatın həqiqətə uyğun olub-olmamasının dindirmələrdən sonra məlum olacağını deyib. Lakin onlar bildirib ki, meyit tanınmaz halda olub.

 Hazırda hadisəni törədən avtomobilin sürücüsü tibbi müayinədən keçirilir.

Qeyd edək ki, hadisə yerinin bir neçə metrliyində yerüstü piyada keçidi var. Amma həlak olan piyada keçiddən istifadə etməyib.

 *** 

 Bakıda aeroport yolunda bir-birinin ardınca iki ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hər iki hadisə axşam saatlarında qeydə alınıb.

 BMW markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ dəqiqləşməmiş 18-20 yaşlı qızı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

 Aeroport yolunda baş verən digər qəzada isə dörd avtomobil toqquşub. “Mercedes”, “Nissan”, VAZ-2107 və KİA markalı avtomobillərin toqquşması ilə nəticələnən zəncirvarı qəzada ölən olmasa da, maşınların hamısına ciddi ziyan dəyib.

Polisdən həmçinin bildirilib ki, qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Hər iki faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.