Dəhşətli təyyarə qəzasında 49 nəfər öldü - 22 nəfər sağ qurtuldu + Video + Yenilənib

Dəhşətli təyyarə qəzasında 49 nəfər öldü
Oxunma sayı: 6503

Nepalda Katmandu aeroportu yaxınlığında şəxsi sərnişin təyyarəsi qəzaya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Banqladeşin US-Bangla aviaşirkətinə məxsus olub. 

Eniş zamanı uçuş-eniş zolağına düşə bilməyən təyyarə futbol sahəsinə düşüb. 

Qəzadan dərhal sonra yanğın baş verib. Səbəb olar texniki nasazlıq göstərilir. Ölənlərin olduğu istisna edilməsə də, rəsmi rəqəm açıqlanmayıb. İlkin məlumata görə, yaxın xəstəxanalara 17 sərnişin yaralı halda çatdırılıb. 

BBC-nin məlumatına görə, təyyarənin göyərtəsində 80 sərnişin olub. 

Qəzadan sonra Katmandu aeroportu bu günə olan bütün reysləri ləğv edib. 

***

Son məlumata görə, təyyarədə 67 sərnişin, 4 ekipaj üzvü olub. Onlardan azı 38-nin öldüyü, 23-nün yaralandığı bildirilir.

***

Ölənlərin sayı 49-a çatıb. Hazırda xəstəxanalarda 22 nəfər müalicə alır.











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi