Dəhşətli yanğın - 121 ölü

dehsetli-yangin-121-olu
Oxunma sayı: 629

ANS PRESS-in "Ria Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 121 nəfər həlak olub. Lakin ölənlərin sayının artacağı istisna edilmir. Hələlik yanğının baş vermə səbəbləri məlum deyil.

Məlumata görə, yanğın doqquzmərtəbəli tikiş fabrikinin 1-ci mərtəbəsində baş verib. Alov tez bir zamanda bütün binaya yayılıb, insanlar canlarını qurtarmaq üçün hətta özlərini pəncərədən atıblar. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovu 5 saat ərzində ancaq söndürə bilib.

Polis isə bildirib ki, həlak olanları çoxu yanğından deyil, hündürlükdən özlərini atdıqlarına görə ölüblər.