Dəhşətli yol qəzası

dehsetli-yol-qezasi-
Oxunma sayı: 757

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saat 19:30 radələrində Xaldan-Mingəçevir yolunun 5-ci kilometrliyində qeydə alınıb.

Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini, 1975-ci il təvəllüdlü Rüstəmov Azər Sədiyar oğlunun idarə etdiyi 90-RS-875 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı minik maşını qarşı tərəfdən gələn Yevlax rayonunun Bəydilli kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Yaşar İsmayıl oğluna məxsus 10-GP-359 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və “Nissan X-Trail”in sürücüsünün həyat yoldaşı, 1980-ci il təvəllüdlü Rüstəmova Suğra Əflatun qızı, onun 16 yaşlı qızı Jalə Rüstəmova və digər avtomobildəki sərnişin, Şəki sakini Rəhimov İdris Heydərəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.