Dekabr ayının xəbər tendensiyaları Nettrends-də

dekabr-ayinin-xeber-tendensiyalari-nettrends-de
Oxunma sayı: 979


Azərbaycan internet, gündəlik mətbuat, sosial media və TV kanallarının monitorinq və analizini edən “Nettrends” şirkəti (www.nettrends.az) 2013-cü ilin dekabr ayının yekunlarını açıqlayıb və ay ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsiylə bağlı statistikanı müəyyən edib. Təqdim edilən rəqəmlər müvafiq adların Azərbaycanın internet məkanında olan Azərbaycan, rus və ingilis dillərində 150-dən çox xəbər saytında dərc edilmiş 183 mindən artıq məqalənin analizinə əsasən müəyyən edilib.

Hər ay Unibank və Bank of Baku arasında bankların siyahısına liderlik uğrunda ciddi rəqabət gedirdi. İlin son ayının lideri isə Unbankdır.

Bu ay mobil operatorlardan Bakcell, sığorta şirkətlərindən isə “Paşa Həyat Sığorta” birincidirlər. Avtomobil markaları siyahısına 27%-lə Mercedes, universitetlər siyahısına isə 17%-lə Bakı Dövlət Universiteti (BDU) başçılıq edirlər.

Xarici məhsul brendlərinə Adidas 21%-lə, yerli məhsul brendlərinə isə Atena 29%-lə liderlik edir. Bu ay da mediada ən çox danışılan alış-veriş mərkəzi yenə Park Bulvardır.

Qeyd edək ki, elan edilən bu statistik məlumatlar sistemimizə inteqrasiya edilmiş Azərbaycan, rus və ingilis dillərində 150-dən çox xəbər saytının məqalələri əsasında hazırlanır. Hər sektora aid xəbərlər bir sözün müxtəlif formalarda yazılışı nəzərə alınmaqla, məzmununa görə təsniflənmir və toplu halında hesablanır..

"Nettrends" bütün PR işlərini "vahid pəncərə"dən idarə etməyə imkan verən xidmətdir. Xidmət həm korporativ, həm də fərdi müştərilərə təqdim olunur.

Əlavə məlumat üçün [email protected] ünvanına müraciət etmək və ya telefonla (012) 511-28-72 nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur.