Dekabrda əfv olacaq?

dekabrda-efv-olacaq
Oxunma sayı: 2735

Xəbər verdiyimiz kimi, 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə əfv sərəncamının veriləcəyi ilə bağlı mediada məlumatlar yayılmışdı.

“Qafqazinfo” ilin son əfvinə hazırlıqların başlayıb başlamaması ilə bağlı maraqlanıb.

Əfv Komissiyasının üzvü Rəşad Məcid “Qafqazinfo”ya bildirib ki, hələ ki, prosesə start verilməyib: “Əgər Yeni ildə əfv olsaydı, iclas başlamalı idi. Çox güman ki, dekabrda əfv olmayacaq. Mən iki ildir Komissiyanın üzvüyəm. Bu iki ildə əfv sərəncamı Novruz bayramı ərəfəsində verilib”.

Günel Türksoy