Dekoltəsinə görə muzeyə buraxılmadı - Fotolar

dekoltesine-gore-muzeye-buraxilmadi
Oxunma sayı: 10654

İnstaqram fenomeni olan avstraliyalı model Nyuşa Sieh dekoltəli geyiminə görə Fransanın məşhur Luvr muzeyinə buraxılmayıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı model sinə dekoltəli libasla muzeyə daxil olmaq istəyərkən mühafizəçi tərəfindən saxlanılıb. Başına gələnləri və geyindiyi libasda şəklini sosial şəbəkədə paylaşan Nyuşa ona qarşı ədalətsizliyə yol verildiyini deyib: “Mühafizəçi məni acıqlı jestlərlə və nifrət dolu baxışlarla süzüb, üstümü örtməyimi istədi”. 

Nyuşa izləyicilərin gözləmədiyi reaksiyası ilə qarşılaşıb. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti mühafizəçiyə haqq qazandıraraq mədəniyyət mərkəzlərinə açıq-saçıq geyimdə getməyin doğru olmadığını bildiriblər.